AZ

Politoloq: "İran regional şərtlərdən narahatdır"

Azərbaycanın Baş naziri Əli Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak etmək məqsədilə İrana gedib. Baş nazir orada Prezident Məsud Pezeşkian və digər rəsmi şəxslərlə görüşlər keçirib. 

Bu səfərin iki ölkə arasında münasibətlərə təsiri olacaqmı?

Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, iki ölkə arasında olan münasibətlər müəyyən günlərdə yuxarı qalxır, müəyyən günlərdə aşağı səviyyəyə enir:

“Əlbəttə ki, iki dövlət arasında problemlərin qaynaqlanması məhz Tehran tərəfindən həyata keçirilir. Bir neçə həftə öncə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran prezidentinin siyasi müşaviri Mehdi Sənayinin dəvəti ilə İran İslam Respublikasına səfər edib.  Burada məqsəd ikitərəfli əlaqələri inkişaf etdirmək idi. Azərbaycan İranla qonşuluq münasibətini daha da yüksək səviyyədə saxlamağa çalışır. Mütəmadi dövlət səfərləri təşkil olunur. Buna baxmayaraq biz İran tərəfindən Azərbaycan informasiya vasitələrindən qarşı müəyyən bir təxribat, haker hücumunu görürük.  İranda müəyyən bir qrup var ki, İran-Azərbaycan əlaqələrini daima sabotaj ediblər. Münasibətləri mötədil qrup düzəltməyə çalışır, amma mühafizəkarlar  İranda daha güclüdür.  Bir sözlə, İran regional şərtlərdən narahatdır”.

Leyla Turan
Demokrat.az
Seçilən
15
demokrat.az

1Mənbələr