AZ

"Tesla" buna görə 376 mindən çox avtomobili geri çağırdı

Amerikanın elektrik avtomobil istehsalçısı olan "Tesla" şirkəti sükandakı problemlərə görə 376 mindən çox avtomobili geri çağırıb. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) press-relizində deyilir.

"Şirkət 2023 Model 3 və Model Y avtomobillərini geri çağırır. Elektrik sükanının elektron lövhəsi həddindən artıq gərginlik vəziyyəti ilə üzləşə bilər, nəticədə avtomobil dayandıqda və sonra yenidən sürətləndikdə sükan köməkçisinin itirilməsi ilə nəticələnir. Sənədə əsasən, 376 241 avtomobil geri çağırılmalıdır", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu

Seçilən
7
3
unikal.az

5Mənbələr