AZ

Xankəndidə başlayan YENİ HƏYAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xankəndi şəhərində həyat canlanır. Abadlıq-quruculuq işləri ilə yanaşı, burada yeni müəssisələr açılır, Xankəndi işgüzar mərkəzə çevrilir.
PhotoStock.Az-ın əməkdaşı siması dəyişən Xankəndidən fotoreportaj hazırlayıb.
Şəhərdə ilk diqqəti çəkən məkan Zəfər parkının salınacağı ərazidir. Parkın yaradılması üçün 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq. Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür.
Şəhərdəki süd rəngli üçmərtəbəli binada, əsasən, qadınlar çalışırlar. Bura Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikidir.
1,2 hektar ərazidə yerləşən fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib.
Fabrikdə ümumilikdə 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub.
"Xankəndi" Mehmanxana Kompleksinə aid olan "Bulud" hotelin açılışı isə bu il fevralın 19-da olub. Ümumi sahəsi 5 325 kvadratmetr olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. "Bulud" hoteli 45 nömrəli olmaqla, ümumilikdə 91 nəfər qonaq qəbul edə biləcək. Hoteldə ən müasir iaşə məkanları yaradılıb, "Lobby lounge", kafe, açıq və qapalı restoranlar ayrılıqda 30-80 nəfər qonağın istifadəsi üçün nəzərdə tutulub. Hoteldə 50 nəfər işlə təmin olunub.
Daha çox foto burada: PhotoStock.Az
Seçilən
190
34
oxu.az

10Mənbələr