AZ

Hakimlərimizə beynəlxalq təyinat

Futzal üzrə FİFA referilərimiz beynəlxalq təyinat alıb.

İdman.biz xəbər verir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada AVRO-2026-nın 3-cü qrupu çərçivəsində keçiriləcək Türkiyə - Slovakiya görüşünü idarə edəcək.

Martın 12-də Erzincan şəhərində baş tutacaq matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, oyunun hakim-inspektoru xorvat İvan Novak olacaq.

Seçilən
21
5
day.az

10Mənbələr