Türkiyənin Ərzurum vilayətində sərnişin avtobusu aşıb.
"Haber Global" xəbər verir ki, hadisə Horasan rayonunda qeydə alınıb.
Qəza nəticəsində 37 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
"Cebheinfo.az"