Qadın futbolçular arasında Millətlər Liqasının C Liqasının 4-cü qrupunda mübarizə başlanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması bu yarışın ilk turu çərçivəsində Monteneqronu qəbul edib.

Mərdəkandakı "Dalğa Arena" stadionunda keçirilən görüş 0:0 hesabı ilə yekunlaşıb. Yığmamız qrupda növbəti matçını aprelin 4-də səfərdə Litvaya qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan - Monteneqro oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı. Bu gün saat 15-də başlanmalı görüş 2 saat gecikmə ilə start götürüb.