Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.
Msport.az xəbər verir ki, C Liqasının IV qrupunda mübarizə aparan yığma Bakıda Monteneqronu qəbul edib. Qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.
“Liv Bona Dea Arena”da keçirilən oyunu qazaxıstanlı baş hakim Tatyana Sorokopudova idarə edib.
Qeyd edək ki, Azərbaycan milli komandası növbəti turda Litvanın qonağı olacaq. Matç aprelin 4-də keçiriləcək.