Qadın futbolçulardan ibarət Azərbaycan millisi Monteneqro millisi ilə qarşılaşıb.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ilk oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da təşkil olunan qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edub. Oyun 0:0 hesabı ilə yekunlaşıb.
Beləliklə, Azərbaycan millisi yarışa 1 xal qazanmaqla başlayıb.