AZ

Zaqatalada qanunsuz ağac kəsmədə təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib

Bakı. Trend:

Xəbər verildiyi kimi, Zaqatala rayonu ərazisində ağaclarınqanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işibaşlanaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, həyata keçirilən tədbirlərnəticəsində toplanmış sübutlar əsasında Azərbaycan AvtomobilYolları Dövlət Agentliyinin “14 N-li Yol İstismarı” MəhdudMəsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlunaCinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyanvurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifəsəlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü(vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməkləbarəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmayaprosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasındaBinəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Qudayev MuhumaMəmmədəli oğluna isə həmin Məcəllənin 259.4, 32.5, 309.2 və 32.5,313-cü maddələri ilə ittiham elan edilməklə barəsində istintaqorqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiriseçilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaqaparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digərşəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətindətədbirlər davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təminediləcəkdir.

Məqalədə:
Seçilən
15
44
az.trend.az

10Mənbələr