Bakı. Trned:
Yaponiya Azərbaycanla "yaşıl" texnologiyalar sahəsində uğurluəməkdaşlığa ümid edir.
Trend xəbərverir ki, bunu bu gün Yaponiyanın Azərbaycandakı səfiri KatsuyaVatanabe Bakıda imperator Naruhitonun doğum günü münasibətiləkeçirilən təntənəli qəbulda deyib.
"Keçən il Azərbaycanda COP29 konfransı keçirilib. Yaşıl inkişafsahəsində iddialı səylər nümayiş etdirən bir ölkədə bu tədbirinkeçirilməsi gələcək üçün davamlı cəmiyyətin yaradılmasıistiqamətində mühüm addım idi. Mən bir daha COP29-a uğurla evsahibliyi etdiyinə görə Azərbaycan hökumətinə öz hörmətimibildirmək istəyirəm.
Bundan əlavə, ümid edirəm ki, Yaponiya və Azərbaycan tezliklə“yaşıl” cəmiyyətin yaradılmasına çalışaraq, yeni sahələrdə sıxəməkdaşlığı davam etdirəcəklər”, - Səfir bildirib.
Səfir vurğulayıb ki, ölkələr davamlı inkişaf, o cümlədənYaponiya şirkətlərinin ekoloji təmiz texnologiyalarainvestisiyaları sahəsində birgə fəaliyyəti davam etdirəcəklər.
"Diplomatik münasibətlərin otuz ili ərzində ölkələrimiz siyasətvə iqtisadiyyatdan tutmuş mədəniyyət və təhsilə qədər bir çoxsahələrdə daha da yaxınlaşıb", - o əlavə edib.