AZ

Dəli yoxsa dahi? İlon Mask qızıl mişarını nümayiş etdirdi - FOTOLAR

ABŞ-ın Vaşinqton yaxınlığında keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Komitəsinin (CPAC) 2025 İllik Toplantısında iştirak edən Mask səhnədə “şou” göstərib.

Turkustan.az xəbər verir ki, konfransda iştirak edən Argentina prezidenti Mileinin ona hədiyyə etdiyi böyük qızıl elektrik mişarı ilə səhnədə poza verən Mask, "Bu mişar bürokratiya üçündür" deyə qışqırıb.

Mileinin ona verdiyi qızıl mişarla "ABŞ administrasiyasındakı bürokratik həddi aşmaq üçün" bir neçə dəfə poza verən Mask tədbir iştirakçıları tərəfindən böyük alqışlarla qarşılanıb.
Günəş eynəyi taxaraq qatıldığı konfransda verdiyi müsahibədə federal hökumətdəki ixtisarlara və “qanunsuzluqlara” toxunan Mask Trampın dəstəyi ilə bir çox lazımsız xərclərin qarşısını aldıqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr