AZ

Yaponiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib - Elnur Məmmədov

Bakı. Trend:

Yaponiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinəçevrilib.

Trend xəbərverir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini ElnurMəmmədov bu gün Bakıda İmperator Naruhitonun doğum günümünasibətilə keçirilən rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, 2024-cü ildə iki ölkə arasında ticarətdövriyyəsi 428 milyon ABŞ dolları təşkil edib.

"Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat,enerji, investisiya və humanitar sahələrdə əməkdaşlığı uğurlainkişaf etdirir. Yaponiya şirkətləri Azərbaycanda mühümlayihələrdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında aparılan bərpa işlərində fəal iştirak edirlər", -E.Məmmədov bildirib.

Nazir müavini onu da vurğulayıb ki, hazırda Azərbaycanda sənaye,tikinti, ticarət və kənd təsərrüfatı ilə məşğul olan 47 Yaponiyaşirkəti fəaliyyət göstərir.

Məqalədə:
Seçilən
15
2
az.trend.az

3Mənbələr