Xəzər akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkiliblər.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmasına məxsus ASCO gəmiləri təhlükəsizlik məqsədilə lövbərlər dayanacaqlarına və təhlükəsiz sığınacaqlara çəkiliblər.