AZ

“Neftçi” “Sumqayıt”ı məğlub etdi  – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

6-cı yerdəki “Neftçi” öz meydanında 7-ci pillədəki “Sumqayıt”ı qəbul edib və görüşdən qələbə ilə ayrılıb – 1:0. 

Qeyd edək ki, turun digər oyunları 22 və 23 fevral tarixlərində keçiriləcək.

21 fevral (cümə)

19:00.“Neftçi” – “Sumqayıt” 1:0

Qol: Filip Ozobiç, 90+3 (p)
Hakimlər:
 Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev

VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”

Seçilən
76
12
idmanxeber.az

8Mənbələr