Gecə saatlarında evdə baş verən yanğın faciə ilə nəticələnib. 2 uşaq yanaraq ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə Astaranın ucqar dağ kəndi Burzubənddə, 60 yaşlı İmaməddin Məmmədova məxsus ikimərtəbəli yaşayış evində baş verib. Yanğın zamanı ailənin iki azyaşlı övladı - 7 yaşlı Kənan Məmmədov və bacısı 4 yaşlı Zeynəb Məmmədzadə yanaraq dünyalarını dəyişiblər.
Evin gəlini, 25 yaşlı Rəfiqə Mirzəyeva, həyat yoldaşı 30 yaşlı Xətai Məmmədov və ev sahibi İmaməddin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan biri Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Evin gəlni isə hamilə olduğu üçün Lənkəran Regional Perinatal mərkəzə yerləşdirilib.
Ehtimal olunur ki, yanğının baş verməsinə səbəb odun sobası olub. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.