AZ

Çin Türkiyə ilə mübarizədə əməkdaşlığı gücləndirməyə hazırdır

Çin hakimiyyəti terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı gücləndirməyə hazırdır. 

Ölkə.Az xəbər verir ki, bunu Yohannesburqda türkiyəli həmkarı Hakan Fidanla görüşündə Çinin xarici işlər naziri Vanq Yi deyib. 

O qeyd edib ki, bütün təzahürlərində terrorizmə qarşı qətiyyətli mübarizə Çin və Türkiyənin ümumi maraqlarına uyğundur və beynəlxalq ictimaiyyətin dəstəyindən istifadə edir. 

Çinli nazir həmçinin Suriyadakı Çin vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Ankaraya təşəkkür edib.

Fidan öz növbəsində, Çinin Rusiya-Ukrayna müharibəsi və Fələstin məsələsində “ədalətli mövqeyini” yüksək qiymətləndirib.

Seçilən
13
1
olke.az

2Mənbələr