AZ

Vulkan püskürür, onlar isə ... - FOTOlar

İtaliyanın Siciliya bölgəsində yerləşən Etna Yanardağının son partlayışları minlərlə turisti cəlb edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarına baxmayaraq, turistlər lav axınlarına yaxınlaşıb foto və video çəkmək üçün təhlükəli vəziyyətə düşüblər.

Siciliyanın regional mülki müdafiə rəhbəri Salvo Cocina turistlərin yaratdığı xaosu "çox təhlükəli" addım adlandırıb. Turistlərin dar küçələrdə avtomobillərini park etməsi isə xilasetmə xidmətlərinin işinə maneə yaradıb.

Yerli rəhbərlik turistlərə lav axınlarından ən azı 500 metr uzaqda dayanmağı əmr etsə də, bu qaydalara məhəl qoyulmayıb. Sosial mediada xüsusilə TikTok-da lav axınlarına təhlükəli dərəcədə yaxın çəkilmiş videolar sürətlə yayılıb.

Qeyd edək ki, İtaliya artıq kütləvi turizm problemlərinə öyrəşsə də, Etna Yanardağı ətrafında baş verən bu son hadisələr ,xüsusilə sosial media fenomenləri və ucuz səfərlərin cəlbediciliyini bir daha gündəmə gətirib.

Yerli rəhbərlər hətta bu axınla mübarizə üçün ordunun köməyinə müraciət edə biləcəklərini bildiriblər.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
2
milli.az

1Mənbələr