AZ

“İlham Əliyev nümunəvi liderdir” - Gürcüstan Prezidenti+Video

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili REAL TV-nin rəhbəri Mirşahin Ağayevə eksklüziv müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, Kavelaşvili müsahibəsində əvvəlcə Gürcüstanda keçirilən etiraz aksiyalarından danışıb.

Gürcüstan Prezidenti qeyd edib ki, onlar baş verən aksiyalardan öncədən məlumatlı olublar. O, Gürcüstan vətəndaşlarına təşəkkür edərək bildirib ki, onlar iqtidarın yanında olaraq xaricdən gələn bu təhlükəni uzaqlaşdırdılar.

Kavelaşvili Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvilinin əməllərini “keçmişin qalığı” adlandırıb.

Qonşu ölkə prezidenti ABŞ-da keçirilən prezident seçkilərindən də söz açıb. O, qeyd edib ki, Gürcstanın sağlam cəmiyyəti Donald Trampın qələbəsini arzu edirdi.

Gürcüstan Prezidenti müsahibəsinin sonunda Azərbaycanla münasibətlərlən də danışıb. 

“Mən nümunəvi lider olan İlham Əliyev haqqında danışa bilərəm. Azərbaycana və İlham Əliyevə uğurlar arzu edirəm. Hesab edirəm ki, ilk səfərim Azərbaycana ola bilər. Azərbaycanla dostluqdan bəhs etdik. Ona görə də ilk səfərim Azərbaycana olmalıdır. Bu səfəri səbrsizliklə gözləyirəm”.

Ətraflı videoda:

Seçilən
22
2
qafqazinfo.az

3Mənbələr