AZ

Təcili Tibbi Yardım maşını 21 yaşlı gənci vuraraq öldürdü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Təcili Tibbi Yardım maşını yolu qarşı tərəfə keçən 21 yaşlı Cahangir Orucovu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
17
bizim.media

1Mənbələr