AZ

Türkiyədə 4,4 bal gücündə zəlzələ başVERDİ

Türkiyənin Erzurum şəhərinin Hınıs rayonunda 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, AFAD-ın məlumatına görə, yeraltı təkanlar 6,94 kilometr dərinlikdə meydana gəlib.

Sarsıntıdan sonra rayon sakinləri təşviş içində küçələrə çıxıb. Bölgədə qar örtüyü və soyuq hava şəraiti davam edir.

Hınısın Kaymakamı Onur Bektaş hazırda hər hansı ciddi problemin olmadığını bildirərək araşdırmaların davam etdiyini qeyd edib.

Kənan YUSİF 

Seçilən
37
redaktor.az

1Mənbələr