AZ

“Real” 20 yaşlı hücumçunu transfer etmək istəyir

Dortmund “Borussiya”sının hücumçusu Ceymi Qittens yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, Madrid “Real”ı 20 yaşlı ingiltərəli futbolçuya fəal maraq göstərir. Qeyd olunur ki, futbolçu uğrunda mübarizədə “Çelsi” və “Mançester Siti” “Los Blankos”la rəqabət apara bilər.

Qittens bu mövsüm “Borussiya”nın heyətində 34 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. “Transfermarkt” portalının məlumatına görə, hücumçunun dəyəri 50 milyon avrodur.

Seçilən
17
futbolpress.az

1Mənbələr