AZ

İsrail sabah daha 602 fələstinli məhbusu azad edəcək

İsrail HAMAS ilə girov-məhbus mübadiləsi çərçivəsində sabah 602 məhbusu həbsdən azad edəcək.

 

Bu barədə AFP məlumat yayıb.

 

Bildirilib ki, 602 məhbusdan 445-i 7 oktyabr hücumundan sonra həbs edilib.

 

Daha əvvəl xəbər verdiyimiz kimi, HAMAS isə öz növbəsində 6 girovu İsrailə təhvil verəcək.

Seçilən
8
11
senzor.az

10Mənbələr