“Prezident Zelenski, eləcə də ölkəsi Amerika Birləşmiş Ştatlarının səxavəti nəticəsində mövcuddur. Odur ki, o, təşəkkürünü bildirsin”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Əgər o, Prezident Trampla razılaşmırsa, ABŞ liderini tənqid edərək Avropa media turuna çıxmaqdansa, telefonu götürüb ona və ya bizim istedadlı diplomatlara zəng etsin. Bu təhqirdir - ona da, mənə də, Amerika xalqına da. Yeri gəlmişkən, bu axmaqlıqdır”, - deyə Vance əlavə edib.
O, həmçinin Zelenskinin açıqlamalarının Trampın mövqeyinə təsir etməyəcəyini bildirib.