Bu barədə qurumdan bildirilib.
Məlumata görə, mövsümlə əlaqədar intensiv yağıntılar zamanı şəbəkələr vasitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
"Bundan başqa, qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə donvurmalar da müşahidə edilə bilir. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunsun, ya da torpaq altına keçirilsin.
Həmçinin fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərinin isti materiallardan olan örtük və quru ağac yonqarları ilə əhatə olunması tövsiyə edilir", - deyə açıqlamada qeyd olunub.
Ətraflı Baku TV-nin süjetində:
10Mənbələr
-
index.azSu sayğaclarını donvurmadan belə qoruyun — VİDEO ( 15632585)
-
azia.azSu sayğaclarını donvurmadan BELƏ QORUYUN — DIQQ'T VİDEO ( 15632383)
-
poliqon.infoSu sayğaclarını donvurmadan necə qorumaq olar? - Video ( 15631325)
-
demokrat.azSu sayğaclarını donvurmadan necə qorumaq olar? — VİDEO ( 15631297)
-
moderator.azSu sayğaclarını donvurmadan necə qorumaq olar? ( 15631181)
-
referans.azSu sayğaclarını donvurmadan necə qorumaq olar? – VİDEO ( 15631065)
-
konkret.azSu sayğaclarını donvurmadan necə qorumaq olar? ( 15631005)
-
yenisabah.azSu sayğaclarını donvurmadan necə qorumaq olar? - Video ( 15630865)
-
oxu.azSu sayğaclarını donvurmadan necə qorumaq olar? ( 15630789)
-
bakivaxti.azXidmət: Su təchizatında yarana biləcək problemlərin qarşısı əvvəldən alınır ( 15620079)