AZ

Kavelaşvili: “Azərbaycanla Ermənistan arasında bütün məsələlər həll ediləcək”

“Azərbaycan və Ermənistan arasında birdəfəlik bütün məsələlər həll ediləcək”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Real Tv”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın hər üç ölkəsi bölgəni layiqli şəkildə ən cəlbedici bir regiona çevirə bilərlər.

“Regionumuz bununla cəlbedici ola bilər ki, burada Azərbaycan və Gürcüstanın timsalında belə güclü xalqlar və ölkələr var. Əminəm ki, Ermənistan da bu prosesə qoşula bilər. Həm də əminəm ki, hamımızın maraq dairəsində olan sülh prosesi baş tutacaq”, - M.Kavelaşvili söyləyib.
Seçilən
11
1
sherg.az

2Mənbələr