AZ

Argentina prokurorluğu prezidentin də adının hallandığı qalmaqalı araşdıracaq

Prokuror Eduardo Taiano Argentina prezidenti Xavyer Miley və dövlət başçısının sosial şəbəkələrdə bu barədə yazdığı $LIBRA kriptovalyutasının bazara çıxarılmasında iştirak edən sahibkarlarla bağlı araşdırmalara başlayıb.

APA xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

“$LIBRA-nın yaradılması və işə salınması ilə bağlı şəraiti, habelə Xavyer Miley, Hayden Mark Devis, Culian Pe, Maurisio Qaspar Novelli, Manuel Terrones Qodoy və Sercio Daniel Moralesin təhqiqat altında olan hadisələrdə iştirak dərəcəsini müəyyən etmək lazımdır”, - nəşr prokurorun iddiasına istinadən yazır.

Prokuror təqsirləndirilən şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq, nüfuz alveri və rüşvətxorluq kimi cinayətlərin əlamətlərinin olub-olmadığını müəyyən etmək niyyətindədir.

İstintaq çərçivəsində Taiano Mərkəzi Bankdan və “Google”dan məlumat tələb etmək də daxil olmaqla bir sıra tədbirlərə göstəriş verib.

Seçilən
7
apa.az

1Mənbələr