AZ

Marko Rubio: “Tramp hakimiyyətdə olduğu müddətdə İranda nüvə silahı olmayacaq”

ABŞ-ın Dövlət katibi Marko Rubio Donald Trampın prezidentliyi dövründə İranda nüvə silahı olmayacağını təsdiqləyib.

Rubio bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayımlanan Ketrin Xerricə verdiyi müsahibədə bildirib.

Rubio deyib ki, Tramp administrasiyası İran rejiminə qarşı maksimum təzyiq siyasətinə geri qayıtmağa çalışır.

O, ABŞ-ın İrana nüvə silahı əldə etməsini qarşısını almaq üçün hansı addımlar atacağı barədə ətraflı məlumat verməyəcəyini bildirib.

"Lakin mən açıq şəkildə demək istəyirəm ki, İran rejiminə heç vaxt dünyanı əsir götürəcək və potensial olaraq İsrailə hücum edə biləcək nüvə silahı verilməməlidir", – deyə Rubio vurğulayıb.

Rubio qeyd edib ki, əgər ABŞ İran rejiminin sonlandırılmasını istəsəydi, bunu çoxdan etmiş olardı.

"Amma prezident sülh tərəfdarıdır. O, bu vəziyyətin yaranmasının qarşısını almağa çalışır. Lakin Donald Trampın prezidentliyi dövründə İranda nüvə silahı olmayacaq", – deyə Rubio bildirib.

Qeyd edək ki, Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədilə "maksimum təzyiq" siyasətini yenidən bərpa etməyi planlaşdırır. Tramp həmçinin, İrana, ona qarşı uğurlu bir sui-qəsd təşkil edildiyi təqdirdə "İranı məhv etmək" əmri verdiyini açıqlamışdı. \\Qaynarinfo.Az

Seçilən
16
hurriyyet.az

1Mənbələr