İsrail ordusu təhlükəsizliyi gücləndirmək üçün İordan çayının qərb sahilinə əlavə üç batalyon göndərib.
Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bu qərar fevralın 20-si axşam saatlarında İsrailin paytaxtı Təl-Əvivin ətrafında yerləşən şəhərlərarası avtobusların dayanacağında baş verən partlayışlardan sonra verilib.
Qeyd edək ki, fevralın 20-də axşam saatlarında Təl-Əvivin ətrafındakı Bat-Yamda avtobuslarda bir neçə partlayış və yanğın qeydə alınıb. İnsidentlərdə heç kimin xəsarət almadığı bildirilib.
Polisin ilkin versiyasına görə, partlayıcı qurğular İordan çayının qərb sahilindən olan fələstinli radikallar tərəfindən yerləşdirilib.