“Los Anceles Leykers”in basketbolçusu LeBron Ceyms oynadığı oyunlara görə NBA-da üçüncü yerə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə “Telecomasia” məlumat yayıb.
Bu gecə o, “Portland Treyl Bleyzers”ə qarşı səfər oyununda iştirak edib və bu, onun NBA-da 1542-ci matçı olub. LeBron bununla da NBA-da 1541 qarşılaşmada iştirak etmiş Vins Karteri geridə qoyub.
Yalnız iki basketbolçu LeBrondan daha çox NBA oyunu keçirib. Söhbət Robert Pariş (1,611) və Kərim Abdul-Cabbardan (1,560) gedir.