AZ

Yol xəritəsi hazırlayırlar - Rusiyanın maye qazından tam imtina ediləcək

Avropa Komissiyası (AK) yaxın həftələrdə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqı (Aİ) ölkələrinə idxalını tamamilə dayandırmaq üçün təkliflər təqdim edəcək.

Publika.az xəbər verir ki, bunu AK-nin rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.

“Biz bununla bağlı yol xəritəsini təqdim edəcəyik”, - o, AK-nin brifinqində söyləyib.

Avropalı rəsminin sözlərinə görə, Aİ-də istehlak edilən qazın 13 %-i Rusiya mənşəlidir.

Seçilən
23
1
publika.az

2Mənbələr