Türkiyəli məşhur müğənni Murat Dalkılıçın keçmiş həyat yoldaşı Merve Boluğur ilə barışdığı iddiaları gündəmdə olarkən müğənninin başqa bir həmkarı ilə eşq yaşadığı ortaya çıxıb.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, 2015-ci ildə ailə həyatı quran Dalkılıç və Boluğur cütlüyü evliliklərinin ikinci ilində boşanmaq qərarına gəliblər.
Ötən günlərdə isə ikilinin yenidən görüşməyə başladığı iddiaları ortaya çıxıb.
Lakin Dalkılıçın 4,5 aydır həmkarı Dicle Olcayla birlikdə olduğu məlum olub.