ABŞ aprelin 2-dən idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq edəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə ştat qubernatorları ilə görüşdə təsdiqləyib.
"Digər ölkələrdən gələn avtomobillərə 25 faiz rüsumun tətbiqini elan etmişdik. Bu, yəqin ki, aprelin 2-də baş verəcək", - deyə o bildirib.