AZ

“Siti” daha bir müdafiəçisini itirdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mərkəz müdafiəçisi Con Stounsun ciddi zədə aldığını və uzun müddətə sıradan çıxdığını təsdiqləyib.

Publika.az xəbər verir ki, “City Xtra” bu barədə Qvardioladan sitat gətirib:

“Onun ciddi zədəsi var. Yaxın bir neçə saat və ya günlərdə onun əməliyyata ehtiyacı olub-olmadığını biləcəyik. Bəli, uzun müddət olmayacaq”.

30 yaşlı futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin “Real Madrid”lə cavab görüşündə (3:1) diskomfort hiss edib. Stounz oyunun səkkizinci dəqiqəsində əvəzlənib.

Seçilən
13
publika.az

1Mənbələr