Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.
Bu barədə Publika.az-a idarədən məlumat verilib.
Sinoptiklərin məlumatına əsasən əlverişsiz havanın fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görünüşün məhdudlaşacağı gözlənilir.
Hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötən gündən yağan qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.