AZ

Alman avtomobil istehsalçısı tariflərdən qaçmaq üçün ABŞ-da istehsalını genişləndirəcək

Böyük alman avtomobil istehsalçıları ABŞ-da avtomobillərə gözlənilən tariflərin tətbiqindən dəyən ziyanı minimuma endirmək üçün istehsal bazalarını yenidən təşkil etmək planlarını hazırlayıblar. Reuters-in öyrəndiyi kimi, Audi və Mercedes-Benz həll yolunu ABŞ-da istehsallarını genişləndirməkdə görürlər.

Finss.az xəbər verir ki, Audi-nin hələ ABŞ-da özünün istehsal bazası yoxdur və şirkət regionun ən məşhur modellərini orada yığmağa başlamağı planlaşdırır. Audi zavod üçün seçilmiş yeri bu il elan edəcək. Bu barədə Reuters agentliyinə alman şirkətinin baş direktoru Gernot Döllner məlumat verib.

ABŞ-ın Alabama ştatında istehsal müəssisəsi olan Mercedes-Benz şirkəti onu genişləndirmək niyyətindədir. Eyni zamanda ABŞ-da da istehsalı olan BMW bunun öhdəsindən gələ biləcəyinə inanır. BMW-nin baş direktoru Oliver Zipse görə, onların ABŞ-da irimiqyaslı istehsalı və bu istehsalın yerləşdiyi Cənubi Karolina ştatının hökuməti ilə yaxşı münasibətləri var.

2024-cü ildə bu üç ən böyük Alman avtomobil istehsalçısı Aİ-nin ABŞ-a avtomobil ixracının 73%-ni təşkil edib. Allianz Trade-in avtomobil bazarı üzrə eksperti Guillaume Dejean'a görə, "bu ticarət müharibəsində işlərin necə getməsindən asılı olmayaraq, Alman avtomobil istehsalçıları, demək olar ki, itirən tərəfdə olacaqlar."

Seçilən
9
fins.az

1Mənbələr