Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunduğunu bildirib.
“Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsinə köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”.
V.Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir:
“Amma çox qan itirdiyindən vəziyyətindəki ağırlıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riskinin daha da azalacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq”.
10Mənbələr
-
hokm.azNağı İmanovun ayağı topuqdan amputasiya olundu ( 15651335)
-
afn.azMinaya düşən Ağdam sakininin ayağı topuqdan amputasiya olundu ( 15637445)
-
mynews.azMinaya düşən Nağı İmanovun SON VƏZİYYƏTİ ( 15636985)
-
avtosfer.azNağı İmanovun ayağı topuqdan amputasiya olundu ( 15636689)
-
azvision.azMinaya düşən soydaşımızın vəziyyəti necədir? ( 15636185)
-
day.azMinaya düşən Nağı İmanovun SON VƏZİYYƏTİ ( 15635681)
-
olke.azMinaya düşən Nağı İmanovun son durumu açıqlandı ( 15635153)
-
hit.azNağı İmanovun ayağı topuqdan amputasiya olundu ( 15635121)
-
poliqon.infoMinaya düşən Nağı İmanovun son vəziyyəti ( 15635071)
-
tribunainfo.azNağı İmanovun ayağı topuqdan amputasiya olundu ( 15634853)