AZ

Pul və naqil oğurlayan şəxslər tutulublar

Bakı. Trend:

Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən apteklərinbirindən 500 manat oğurlanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçiriləntədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllərdə oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bundan əlavə, Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisindəyerləşən binaların birindən isə 450 manatlıq elektrik naqilinitalamaqda şübhəli bilinən şəhər sakini 29 yaşlı F.Quliyev aşkarolunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
34
az.trend.az

1Mənbələr