Bakı. Trend:
Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davametdirəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan YerüstüNəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bildirilib ki, ötən gün təhlükəsizlik məqsədilə avtobuslarınfəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.
"Qeyd edək ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit havaşəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütündaşıyıcılar gücləndirilmiş iş rejimində çalışır.
AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobuslarınhərəkətinə nəzarət olunur.
Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraqdaşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslarburaxılıb.
Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobuslarınfəaliyyətində məhdudiyyətlər ola bilər. Sərnişinlərdən müvəqqətiməhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur", - AYNA-danbildirilib.