AZ

Maska qızıl mişar hədiyyə edildi - Nə mənaya gəlir? - FOTO

Argentina Prezidenti Xavyer Milley ABŞ-ın Merilend ştatında keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) İlon Maska qızıl örtüklü zəncirli mişar hədiyyə edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Mask bu hədiyyəni "bürokratiya üçün mişar" adlandırıb. Mişar üzərində "Viva la libertad, carajo" (Yaşasın azadlıq, lənət olsun!) şüarı həkk olunub.

Bu ifadə 2021-ci il parlament seçkiləri və 2023-cü il prezident seçkilərində Milleyin istifadə etdiyi şüarlardandır.

Argentina Prezidentinin ofisi bu mişarın surətinin Xavyer Milleyin ofisində asıldığını bildirərək, prezidentin hökumət xərclərini azaltmaq istəyini simvollaşdırmaq məqsədilə bu mişarla kampaniya apardığını açıqlayıb. Həmçinin, Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE), hal-hazırda "hökumət bürokratiyasının ləğvi" üzərində işləyir ki, bu da federal qurumların maliyyə və kadrlarının kəsilməsi deməkdir.

Fidan
Milli.Az

Seçilən
12
milli.az

1Mənbələr