AZ

Donnarumma məsələsinə son qoyuldu

“İnter” PSJ-nin qapıçısı Canluici Donnarumma ilə maraqlanmır.

Msport.az xəbər verir ki, bunu “neradzurra”nın idman direktoru Piero Ausilio açıqlayıb.

O, İtaliya millisinin üzvünü yayda transfer etmək istədikləri ilə bağlı yayılan xəbərləri təkzib edib: “Donnarummanın klubu müqaviləsi başa çatdıqdan sonra onunla görüşə bilərik. Ancaq 2026-cı ilin yayına hələ çox var. PSJ-nin də ən azı həmin vaxta qədər onu buraxacağına inanmıram. Bizim isə Yann Sommer və Xosep Martines kimi iki əla qapıçımız var”.

Qeyd edək ki, Canluici Donnarumma PSJ-yə 2021-ci ilin yayında “Milan”dan keçib.

Seçilən
41
msport.az

1Mənbələr