"İnter"in idman direktoru Piero Ausilio PSJ-nn qapıçısı Canluici Donnarummanı transfer edəcəkləri ilə bağlı məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, informasiyaların həqiqətə uyğun olmadığını bildirib:
"Əlbəttə, Donnarummanın müqaviləsinin müddəti başa çatandan sonra onunla maraqlana bilərik. Amma 2026-cı il hələ çox uzaqdadır. PSJ-nin buna icazə verəcəyini düşünmürəm. Hər şeyə real baxsaq, Yann Zommer və Xosep Martines kimi iki əla qapıçılarımız var”.
Donnarumma 2021-ci ilin yayında "Milan"dan ayrılaraq azad agent qismində PSJ-yə qoşulub.