AZ

Badamdarda ev yanıb -FOTO/VİDEO

Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi 4sayəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində səkkizotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Seçilən
13
23
ikisahil.az

10Mənbələr