Türkiyə yanvar ayında 2 milyon 171 min 118 xarici ziyarətçi qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 2025-ci ilə turizmdə güclü başlayan ölkənin yanvar ayında əvvəlki ilin eyni ayına görə xarici ziyarətçi sayında 6,06 faiz artım olduğunu bildirib.
Belə ki, bu ilin yanvar ayında Türkiyəyə 2 milyon 171 min 118 xarici ziyarətçi gəlib.
Yanvar ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında İran 240 min 643 nəfərlə birinci, Rusiya Federasiyası 203 min 733 nəfərlə ikinci, Bolqarıstan isə 165 min 792 nəfərlə üçüncü olub.
Bolqarıstanı müvafiq olaraq Almaniya və Gürcüstan izləyib.