Hazırkı ABŞ liderinin keçmiş SSRİ DTK-dakı təxəllüsü də aşkarlandı?..
Bir aydır ki, ilk prezident dövründəkindən də əndrəbadi, gözlənilməz və məntiqsiz və əksərən yalançı çıxışlarıyla bütün dünya ilə yanaşı, Amerikanın özünü də çaş-baş salan Donald Trampın keçmiş SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin(DTK-“KQB”) agenti olması haqda söz-söhbətlər hələ 2016-cı ildən bəri yayılmaqdadır. O cümlədən bu haqda “KQB”-nin keçmiş yüksək rütbəli əməkdaşları da danışıb və hazırkı Amerika liderinin doğrudan da sovet xüsusi xidmət qurumları tərəfindən ələ alındığını söylədikləri faktlarla və məntiqlə təsdiqləməyə çalışıblar. Düzdür, hazırkı Rusiya diktatoru V.Putinin də yetirməsi olduğu “KQB” əməkdaşlarının o boyda Birləşmiş Ştatların prezidentinin sovet dövründən bəri “KQB”-nin, deməli, indi isə “FSB”-nin, deməli, bütövlükdə Kremlin birbaşa təlimatı əsasında davrandığını söyləməsi bir az şübhəlidir. Çünki belə məlumatlar ABŞ dövlətinin, xüsusən də onun Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya kəşfiyyatı qarşısında çox aciz olduğunu meydana çıxarır və üstəlik dünyada, o cümlədən Moskvanın yenidən sərhədlərini rəsmən bərpa etmək istədiyi keçmiş SSRİ və postsosialist məkanında Rusiya-Putin xofunu daha da gücləndirir. Bu da həmin imperiyanın bütün çöküş parametlərinə rəğmən daha çox torpaqlar və ölkələr işğal etmək şanslarını artırır. Lakin məsələ ondadır ki, keçmiş yazılarda və xəbərlərdə bəhs etdiyimiz kimi, Trampın “KQB” agenti olmasına hətta ABŞ MKİ-nin keçmiş rəhbərləri də işarə edib...
Odur ki, bu istiqamətdə axtarışlarımız davam edir və Moderator.az son araşdırmaları nəticəsində bu mövzuda yeni bir məlumat əldə edib.
Belə ki, dünən – fevarlın 21-də ingilisdlli “Bylinetimes” portalında Nafeez Əhməd və Zarina Zabrisky ad-soyadlı müəlliflərin imzasıyla “Donald Trump Was Recruited by the KGB Under Codename ‘Krasnov’ Claims Former Soviet Spy Chief”(“Donald Tramp KQB tərəfindən “Krasnov” kod adı ilə işə götürülüb – keçmiş sovet kəşfiyyatın rəhbər əməkdaşı iddia edir”) başlıqlı bir material dərc olinub.
Həmin materialın tərcüməsini nəzərinizə çatdırırıq:
“Sovet “KQB”-nin keçmiş yüksək rütbəli casus rəisi Donald Trampın hələ 38 il əvvəl Rusiya kəşfiyyatı konkret olaraq onun şöbəsi tərəfindən casus kimi işə götürüldüyünü və ona “Krasnov” kod adının verildiyini iddia edib .
Rusiyanın “Dövlət Təhlükəsizliyi Komitəsi”, qısaca “KQB” -1954-1991-ci illər arasında Sovet İttifaqının daxili təhlükəsizlik, xarici kəşfiyyat, əks-kəşfiyyat və məxfi polis funksiyalarına cavabdeh olan əsas təhlükəsizlik qurumu idi.
Fevralın 20-də “Facebook”da fövqəladə paylaşımda Sovet dövründə “KQB”-nin əməkdaşı olmuş(müstəqillik dövründə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi işləmiş-S.L.) Əlnur Musayev 1987-ci ildə Trampın agentlik tərəfindən işə götürülməsindən şəxsən xəbərdar olduğunu iddia edib.
Onun sözlərinə görə, işə qəbulu özünün DTK şöbəsi həyata keçirib. Həmin departamentin əsas rollarından biri Qərb ölkələrindəki biznes liderləri vasitəsilə kəşfiyyat məlumatları əldə etmək idi.
“1987-ci ildə SSRİ DTK-nın Moskvada 6-cı İdarəsində xidmət etmişəm. 6-cı İdarənin ən mühüm iş sahəsi kapitalist ölkələrindən iş adamlarının cəlb edilməsi idi”, - Musayev “Facebook”-da rus dilində yazıb.
“Həmin il bizim ofisimiz ABŞ-dən olan 40 yaşlı biznesmen Donald Trampı “Krasnov” təxəllüsü ilə işə götürdü”.
Daha sonra o, əlavə edib: “Kəşfiyyat orqanlarının fəaliyyətində, həyatda olduğu kimi, hər şey mümkündür, hətta ən vəhşi və inanılmaz şeylər də mümkündür. Məsələn, gələcək dövlət liderlərinin və hətta ABŞ prezidentinin ələ alınması"...
1987-ci ilə qədər isə o, uzun müddət DTK zabiti olub.
Musayevin ən son yüksək rütbəli kəşfiyyat vəzifəsi 1997-ci ilin mayından 1998-ci ilin sentyabrınadək prezident Nursultan Nazarbayevin dövründə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) rəhbəri olub. O, 1999-cu ilin avqustundan 2001-ci ilin mayına kimi ikinci müddətə qayıdıb.
2007-ci ildə o, hökuməti Qərb neft nəhənglərindən milyonlarla dollar rüşvət almaq şəklində geniş yayılmış korrupsiyada ittiham edərək ölkədən qaçıb Avstriyaya sürgün edilmiş, 2008-ci ildə o, Qazaxıstan hökumətinə aid etdiyi adam oğurluğu cəhdindən sağ çıxıb.
“Bylinetimes” Rusiya qəzetlərinin arxiv materialları əsasında təsdiq edə bilər ki, Musayev ilk dəfə 1979-cu ildə Sovet İttifaqı DTK-da həqiqi hərbi xidmətə başlayıb. Daha sonra Qazaxıstan xüsusi xidmət orqanlarının “KQB” əks-kəşfiyyatına qoşulub. 1986-cı ildən 1989-cu ilə qədər – o, Donald Trampın DTK-da işə götürülməsindən xəbərdar olduğunu dediyi dövr – DTK-ya qayıtmazdan əvvəl SSRİ Daxili İşlər Nazirliyinin Moskvadakı mərkəzi aparatına ezam olunub.
Musayevin DTK karyerası ilə bağlı rusdilli mənbələrdə onun konkret hansı idarənin əməkdaşı olduğu aydın deyil. O, “Facebook”-dakı paylaşımında 6-cı idarədə işlədiyini bildirsə də, SSRİ Daxili İşlər Nazirliyinin 8-ci Baş İdarəsində də işlədiyi qeyd olunub. Bu idarələr və onların necə işlədiyi barədə ictimaiyyətə məlumat azdır.
Oleq Qordiyevski, Yuri Bezmenov və Stanislav Levçenko kimi DTK-dan qaçanların xatirələri təsdiq edir ki, bu dövrdə Qərb biznes liderləri tez-tez sovet kəşfiyyatının hədəfinə çevrilirdilər. Daxili İşlər Nazirliyi adətən bu əməliyyatlara başlamasa da, bu hesablar göstərir ki, o, tez-tez SSRİ daxilində daxili səlahiyyətlərindən istifadə etməklə DTK-nın əməliyyatlarını dəstəkləyib və ya asanlaşdırıb – xüsusən də xarici qonaqlar üçün müşahidə , tələyə salmaq və viza nəzarəti baxımından...
İddiaların tarixi
Musayevin iddiaları “KQB”-nin keçmiş yüksək rütbəli kəşfiyyatçısının Donald Trampın KQB-yə işə götürülməsindən xəbərdar olduqlarını açıq şəkildə bəyan edən ilk dəfə deyil, lakin ilk dəfədir ki, Trampın iddia edilən rus kod adı olan “Krasnov” aşkarlanır.
Keçmiş “KQB” generalı, xarici kəşfiyyat və əks-kəşfiyyatda xidmət etmiş, Sovet dövründə Vladimir Putinin birbaşa rəhbəri olmuş Oleq Kaluqinin sözlərinə görə , Tramp hələ 1980-ci illərdə “KQB”-nin ona qarşı kompromatları , o cümlədən qadınlarla cinsi əlaqələri barədə məlumatlarla Sovet və Rusiya kəşfiyyatının radarında olub.
ABŞ-də yaşayan digər keçmiş sovet casusu Yuri Şvets SSRİ-nin 1970-ci illərdən Donald Trampı yetişdirdiyini, onun siyasi ambisiyalarını dəstəklədiyini iddia edir . Onun sözlərinə görə, Tramp 1977-ci ildə çex modeli İvana Zelniçkova ilə evləndikdən sonra Sovet və Çexoslovakiya kəşfiyyatının hədəfinə çevrib.
Praqada yerləşən Totalitar Rejimlərin Öyrənilməsi İnstitutu tərəfindən ələ alınan Trampın birinci arvadı İvana Zelniçkovanın Çexoslovakiya təhlükəsizlik xidmətinin nəzarəti orqanı olan “Státní Bezpečnost” (StB) ilə işləyib.
“StB” rəsmi olaraq Rusiyanın “KQB”, Polşanın “SB”, Şərqi Almaniyanın “Ştazi” və Sovet blokunun digər kəşfiyyat agentlikləri ilə əməkdaşlıq edib.
Çexoslovakiyanın “StB”-si onilliklər ərzində İvana Trampı və onun ailəsini izləyib. Hesabatlarda onun evlilikləri, mühacirəti və Trampla əlaqələri, zənglərini dinləmələri və uşaqlarının ziyarətlərini izlədiyi və atasına əməkdaşlıq etməsi üçün təzyiq edildiyi bildirildi.
Şvets iddia edir ki, 1980-ci illərin əvvəllərində Tramp “KQB” ilə əlaqəsi olduğu iddia edilən sovet mühaciri Semyon Kislinlə işgüzar əlaqələrə girib və Trampın 1987-ci ildə Moskva və Leninqrada səfəri zamanı “KQB” agentləri onu siyasətə getməyə təşviq ediblər...
Şərh üçün Ağ Ev və Alnur Musayevlə əlaqə saxlanılıb”.