Bakı. Trend:
Yeni Günəşlidə odlu silah-sursat aşkarlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, fevralın 20-də Suraxanı rayonu Yeni Günəşliqəsəbəsi ərazisində bir nəfər yaşadığı ünvanın yaxınlığındasellofan torbada silaha bənzər əşyanın olması barədə polisə məlumatverib.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşları tərəfindənkeçirilən tədbir zamanı həmin yerə baxış keçirilib.
Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 2avtomat silahı, 1 tapança, 1 səs siqnalı tapançası, 1 tüfəng, 1patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb.