AZ

Azərbaycan Almaniyaya məhsul ixracını 90 dəfədən çox artırıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanla Almaniya arasında ticarətdövriyyəsinin həcmi 283,4 milyon ABŞ dolları olub.

Trend-inDövlət Gömrük Komitəsinin məlumatlarına əsasən apardığıhesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 223,4 milyon ABŞ dolları və ya 4,7 dəfə artıb. Belə ki,2024-cü ilin yanvarında Azərbaycanla Almaniya arasında ticarətdövriyyəsinin həcmi 60 milyon ABŞ dolları təşkil edib.

Ötən ay Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri228,3 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 225,8 milyon ABŞ dolları, yaxud da 92,6 dəfə çoxdur.2024-cü ilin yanvarında Azərbaycandan Almaniyaya ixrac olunanməhsulların dəyəri 2,5 milyon ABŞ dolları idi.

Bəhs olunan dövrdə Almaniyadan Azərbaycana idxal edilənməhsulların dəyəri 55,1 milyon ABŞ dollar təşkil edib ki, bu da,illik müqayisədə 2,5 milyon ABŞ dolları və ya 4,3% azdır. 2024-cüilin yanvar ayında Almaniyadan Azərbaycana idxal edilən məhsullarındəyəri 57,6 milyon ABŞ dollar olub.

Hesablamalardan aydın olur ki, yanvarda Azərbaycandan Almaniyayaixrac edilən məhsulların dəyəri idxalı 173,2 milyon ABŞ dolları,yaxud da 4,1 dəfə üstələyir.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanla Almaniyaarasındakı ticarət dövriyyəsinin həcmi 1,6 milyard ABŞ dollarıtəşkil edib. Bu ölkəyə ixracın həcmi 777 milyon ABŞ dolları,idxalın həcmi 825 milyon ABŞ dolları olub.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

3Mənbələr