AZ

Direktordan şagirdlərə gözlənilməz sürpriz - VİDEO 

  Bolu şəhərindəki Gerede Seyit Mithat Dayıoğlu Orta məktəbinin direktoru İsmail Doğangün şagirdlərinə gözlənilməz sürpriz edib.

Referans türk mediasına istinadla xəbər verir ki, direktor dərs zamanı qarın yağdığı anda onlara qartopu oynamağı təklif edib. Doğangün məktəbin səs sistemi vasitəsilə "Pəncərədən baxın, qar çox gözəl yağır, deyilmi? Sizi qartopu oynamağa çölə çıxarım? Nə deyirsiniz?", deyə anons verib.

Direktorun çağırışına müsbət cavab verən şagirdlər müəllimləri ilə birlikdə məktəbin həyətinə çıxaraq qartopu oynayıblar. Bu əyləncəli anlar kamera ilə çəkilib və məktəb rəhbərliyi tərəfindən sosial media hesablarında paylaşılıb.

Həmin maraqlı görüntüləri təqdim edirik:


Seçilən
15
3
referans.az

4Mənbələr