Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib. Belə ki, itlər qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Babayev Şakir Məmmədbağır oğlu, 1963-cü il Fərhadov Famil Seymur oğlu və 1964-cu il təvəllüdlü Rzayev Zeyvəli Salman oğluna hücum edib və onlara ciddi xəsarət yetirib.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.