AZ

Qarlı hava 84 nəfəri xəstəxanalıq edib

Qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 84 nəfər müraciət edib. 

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub.

Seçilən
14
50
korrespondent.az

10Mənbələr