ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask liberal siyasətçiləri Ukraynaya münasibətdə səmimiyyətdən uzaq olmaqda ittiham edib.
"Cebheinfo.az" xəbər verir ki, Mask bildirib ki, hər bir liberal siyasətçi Ukraynada baş verən müharibəni sonsuzadək davam etdirib daha çox cəsəd görmək istəyir:
“Onların bu münaqişənin uğurlu şəkildə başa çatacağına dair heç bir planı yoxdur".